"Dəniz kuboku" beynəlxalq müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Müsabiqə “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq.
Bununla əlaqədar cümə axşamı Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. “Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev