“Bakı Metropoliteni” QSC “Həzi Aslanov” stansiyasının tunellərində korroziyaya (deformasiya) məruz qalmış daşıyıcı yük konstruksiyalarının bərpası üzrə layihələndirmə işlərinə 530 min manatdan artıq vəsait yönəldəcək
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “Bakı Metropoliteni” «Hydrotrans Engineering Muhendislik Merkezi» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 531 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.**
N.Abbasova