Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əliyev və Caferoviç söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Həmçinin, həmsöhbətlər Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağıni məmnunluqla qeyd ediblər, bunun da əlaqələrimizin inkişafına əlavə təkan verəcəyini vurğuladılar. **
E.Şəfiyev