Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
“Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılması üzrə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırdı, eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Öz növbəsində, Əliyev işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd etdi. **
E.Şəfiyev