Sığorta sektoru üzrə penetrasiyanın dərinləşdirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) strateji fəaliyyətinin əsas istiqamətlərindəndir.
2021-ci ilin yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 0,9% (2020-ci ildə 1%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu göstəricilər Mərkəzi Bankın saytında dərc olunmuş 2021-ci il üzrə Maliyyə Sabitliyi Hesabatında öz əksini tapıb.
AMB-nin qiymətləndirmələrinə görə, rəqəmsal xidmətlərin artırılması və rəqəmsal həllərin tətbiqi sığorta sektorunun rəqəmsallaşmasını artırmaqla penetrasiyanın artmasını dəstəkləyəcək.
AMB qeyd edir ki, Gürcüstanda sığorta sektorunun penetrasiya səviyyəsi 1,2%, RF-də 1,5%, Türkiyədə 1,7%, Qazaxıstanda 0,7% təşkil edir.
2021-ci ildə Azərbaycanın sığorta sektorunun aktivləri 1.2% (16 milyon manat) azalaraq 1 milyard 325 milyon manat təşkil edib. İl ərzində həyat sektorunun aktivləri isə 3.9% artaraq 543 milyon manat, qeyri-həyat sektorunun aktivləri 1.1% azalaraq 683 milyon manat olub.
Ötən ilin sonu ilə müqayisədə sığorta sektorunun yerli banklarda depozitləri 7% azalaraq 371 milyon manata edib.
2021-ci ildə sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşıb. Sektorun xalis mənfəəti 4% artaraq 30 milyon manat təşkil edib. Qeyri-həyat sektorunun mənfəətliyi isə 42% azalaraq 30 milyon manat olub.
Sığorta sektoru üzrə ROE əmsalı keçən ilə nisbətdə 3.0 f.b. azalaraq 12.8%, ROA əmsalı isə 1.2 f.b. azalaraq 4.7% olub.
2021-ci ilin sonuna sığorta sektorunun balans kapitalı 491 milyon manat, məcmu kapitalı isə 327 milyon manat təşkil edib.*
A.Əzizov