Bank sektorunda informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərə baxmayaraq, bu sahədə inkişafa ehtiyac var. Bunu Mərkəzi Bankın İnformasiya Texnologiyaları Departamentinin direktoru Anar Quliyev deyib.
“Mərkəzi Bank cari ilin aprel ayından beynəlxalq ISO 27001 standartlarının tələblərinə uyğun yeni qaydalar tətbiq edib. Nəticədə banklarda təhlükəsizlik sistemlərinin yoxlanılmasına başlanılıb, bir sıra istiqamətlərdə kamillik səviyyəsinin yüksəldiyi müşahidə olunub. Lakin kriptoqrafiya, aktivlərə nəzarətin təmin olunması kimi sahələrdə hələ də inkişafa ehtiyac var”, - deyə A.Quliyev bu gün “Fintex Sammmit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bank sektoru biznesin dayanıqlılığının təmin olunması istiqamətində də işin keyfiyyətini yaxşılaşdırmalıdır.
Departamentin direktoru əlavə edib ki, banklarda bu istiqamətdə yoxlamalar 2022-ci ilin sonunadək davam edəcək.*
X,Nəsirzadə