Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. Bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.
“2022-ci il iyunun 17-də ANAMA əməkdaşı Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Cəbrayıl rayon prokurorluğundan verilən xəbərə görə, hadisə iyunun 17-si saat 09 radələrində baş verib. 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib. “Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev