Könüllü tibbi sığorta, avto kasko və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) ən yüksək zərərli 3 sığorta növü olaraq qalır.
2021-ci ilin sonuna tibbi sığorta üzrə zərərlilik 77,1% (2020-ci ildə 74,4%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu göstəricilər Mərkəzi Bankın saytında dərc olunmuş 2021-ci il üzrə Maliyyə Sabitliyi Hesabatında öz əksini tapıb.
2021-ci ilin sonuna avto kasko üzrə zərərlilik 53% (2020-ci ildə 43,8%) təşkil edib.
Ötən il avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 79,24% (2020-ci ildə 61,7%) təşkil edib.
Tənzimləyicinin məlumatına görə, 2016-cı ildən etibarən avto kasko və AVSMMİS üzrə zərərliliyin artması müşahidə olunur, könüllü tibbi sığorta üzrə zərərlilik isə bir qədər azalıb. Xüsusilə 2016-cı ildə tibbi sığorta üzrə zərərlilik 82%, avto kasko üzrə 58,9%, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 56,6% təşkil edib.*
A.Əzizov