Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən otel və turizm şirkətləri ölkəyə turist axınının artırılması üçün əməkdaşlığı gücləndirməlidir.
“Bir ay bundan əvvəl DTA turizm biznesinə Azərbaycandakı otellərlə birgə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün tövsiyələr verib. Ölkədə beynəlxalq standartlara cavab verən çoxlu sayda müasir otellər inşa edilib və turizmin inkişaf etdirilməsi çox vacibdir. Hamıya məlumdur ki, koronavirus pandemiyası həm bütün dünyada, həm də Azərbaycanda turizm biznesinə güclü zərbə vurub. İndi isə turist axını səviyyəsini 2019-cu ilin göstəricilərinə çatdırmaq lazımdır”, - deyə Nağıyev PMD Hospitality tərəfindən təşkil olunan tədbirdə bildirib.
QAT sədri vurğulayıb ki, hazırda Azərbaycan 92 ölkə ilə hava əlaqəsini bərpa edib.
Nağıyevin sözlərinə görə, cari ilin 5 ayı ərzində Azərbaycana 500 minə yaxın xarici vətəndaş səfər edib.
Bununla yanaşı, o qeyd edib ki, gələcəkdə ölkəyə turist axınının artması həm də COVID-19 infeksiyasına yoluxma göstəricilərinin hələ də yüksək olduğu ölkələrdəki vəziyyətdən asılı olacaq.*
X.Nəsirzadə