2022-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 992,4 milyon manat və ya ÜDM-in 3,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 12 milyard 442,4 milyon manat (2021-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə artım 27,8%), xərcləri 10 milyard 450 milyon manat (artım 11,6%) təşkil edib.
5 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 50 milyard 867,5 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat və ya ÜDM-in 3,5%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Əhmədov