2022-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 11 milyon 780,9 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 79,8%-i BTC ilə daşınıb.
5 ay ərzində BTC ilə tranzit neftinin nəqli 2 milyon 10 min ton (artım 32%) təşkil edib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.
2021-ci ildə BTC ilə 26 milyon 421,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisindən 3,9% azdır.*
N.Abbasova