2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 308,042 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 16,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $105 milyon 270,2 min (artım 12,7%) təşkil edib.
Aprel ayında $42 milyon 878,9 min dəyərində 125,178 min ton buğda idxal edilib. Beləliklə, Azərbaycanın apreldə aldığı buğdanın qiyməti bir ton üçün $342,54 təşkil edib. Bütövlükdə, yanvar-aprel aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $341,74 olub.
Hesabat dövründə Azərbaycana $42 milyon 226,6 min dəyərində (azalma 7,3%) 78,757 min ton şəkər xammalı və şəkər (azalma 22,7%), $77 milyon 943 min dəyərində (artım 32,4%) 49,341 min ton bitki yağı (artım 10,2%), $25 milyon 607,3 min dəyərində (artım 51,2%) 5,166 min ton çay (azalma 16,4%), $39 milyon 814,3 min dəyərində (artım 46,6%) 7,249 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 29,5%) idxal edilib.
Bununla yanaşı, respublikaya $4 milyon 418,5 min dəyərində (azalma 47,3%) 975,6 min ton iribuynuzlu heyvan əti (azalma 57,6%), $14 milyon 52 min dəyərində (artım 50,75%) 9,5 min ton quş əti və quş əti məhsulları (artım 20,7%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $54 milyon 880,1 min dəyərində (artım 8,1%) 58,756 min ton meyvə (artım 7,1%), $8 milyon 815,8 min dəyərində (azalma 25,9%) 14,658 min ton tərəvəz (azalma 39,5%), $26 milyon 771,6 min dəyərində (artım 18,4%) 96,916 min ton kartof (artım 7,4%) idxal edilib.
Yanvar-aprel aylarında ölkədən $64 milyon 13,6 min dəyərində (artım 31%) 54,376 min ton tərəvəz (artım 27%), $95 milyon 225,4 min dəyərində (artım 19,4%) 68,402 min ton meyvə (azalma 4,4%), $2 milyon 104,7 min dəyərində (azalma 2,3%) 4,552 min ton kartof (azalma 11,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $8 milyon 997,1 min dəyərində (azalma 32,7%) 14 min ton şəkər (azalma 45,1%), $7 milyon 462,7 min dəyərində (artım 14,1%) 4,353 min ton bitki yağı (azalma 23,7%) ixrac edilib.
Yanvar-aprel aylarında Azərbaycan $4 milyon 288,7 min dəyərində (azalma 25%) 3,511 min ton meyvə və tərəvəz şirələri (azalma 25,1%), $703,4 min dəyərində (azalma 32,3%) 53,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 39,7%), $2 milyon 302 min dəyərində (azalma 24,8%) 1,986 min ton meyvə və tərəvəz konservləri (azalma 23,4%), $6 milyon 511,6 min dəyərində (artım 4,1 dəfə) 1,905 min ton tütün (artım 2,9 dəfə) ixrac edib.*
B.Rüstəmbəyov