2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 415,5 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 64% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 412,7 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.
12,9 min ton (artım 38,7%) tikinti gipsi, 44,7 min ton (artım 57,4%) sementdən tikinti blokları və kərpicləri, 1 milyon 187,3 min ton (artım 22,7%) hazır beton qarışığı, 16,2 min ton (artım 10,2%) tikinti əhəngi, 279,9 min kubmetr (artım 35,5%) tikinti kərpici, 9,588 min ton (azalma 32,1%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 17,8 min kubmetr (artım 44,7%) betondan yığma tikinti konstruksiyaları, 32,3 min ton (artım 2,6 dəfə) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.*
B.Rüstəmbəyov