Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7.75% səviyyəsində dəyişməz saxlayıb.
AMB-nin məlumatında qeyd olunur ki, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanıb.
AMB ardıcıl ikinci dəfədir ki, uçot dərəcəsini 7.75% səviyyəsində saxlayır.
Bu qərar tədiyə balansı göstəricilərində (I rübün sonuna ÜDM-in 22,5%-i səviyyəsində profisit) pozitiv meyillər və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğu nəzərə alınaraq qəbul edilib.
Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ilin sonunda inflyasiya indiki göstəricilərdən (2021-ci ilin mayına nisbətən 2022-ci ilin mayında 13.7%) az olacaq.
AMB-nin uçot dərəcəsinə həsr olunmuş növbəti iclası iyul ayının 29-da keçiriləcək.*
A.Əzizov