Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 959-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl yeddi gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 715 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 145 nəfər (sutka ərzində +15) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 99 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 899 (ötən gün 2 min 714 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 934 min 154 test aparılıb.*
B.Rüstəmbəyov