2022-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 26 milyard 420,3 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,1% - 2 min 629,7 manatadək artıb.
Yanvar-may aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 23 milyard 447,1 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,7% çoxdur.*
X.Nəsirzadə