“Azərsu” ASC “Ağ Şəhər” layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması işlərinə 30 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin “Eren İnshaat Sanayi ve Ticaret Anonim Shirketi”nin Azərbaycandakı filialı ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 29 milyon 681,163 min manatdır.*
B.Rüstəmbəyov