2022-ci ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 2,9% - 11 milyard 244,2 milyon kVt/saata qədər artıb. Bu barədə energetika naziri Pərviz Şahbazov şənbə günü özünün Twitter hesabında yazıb.
Nazirin məlumatına əsasən, bu dövrdə Azərbaycandan elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı - 60,5 milyon kVt/saat təşkil edib.
O qeyd edib ki, hesabat dövründə su da daxil olmaqla, ümumilikdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 930,9 milyon kVt/saat təşkil edib (artım 118 milyon kVt/saat).
Xüsusilə, SES-də 768,7 milyon kVt/saat, KES-də - 41,1 milyon kVt/saat, GES-də - 24,4 milyon kVt/saat, BMTZ-də - 96,7 milyon kVt/saat enerji istehsal olunub. **
R.Kərimov