Azərbaycan hökuməti ölkədə 2022-ci ildə orta illik inflyasiya üzrə proqnozu təkrar nəzərdən keçirib və 12,5% səviyyəsində gözləyir. Bu barədə “İnterfaks-Azərbaycan”a məlumatlı mənbə bildirib.
Xəbər verildiyi kimi, 2021-ci ilin payızında İqtisadiyyat Nazirliyi ölkədə 2022-ci ildə orta illik inflyasiyanı 4% səviyyəsində prqonozlaşdırıb.
2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
“Yenilənmiş proqnozlara əsasən, dünyada baş verən prosesləri nəzərə alaraq, Azərbaycan hökuməti 2022-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 12,5% səviyyəsində gözləyir (2022-ci ilin yanvar-may aylarının yekunları üzrə- 12,6%)”, - agentliyin həmsöhbəti qeyd edib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, bu, son 5 il ərzində ölkədə ən yüksək inflyasiya göstəricisi olacaq (2017-ci ildə orta illik inflyasiya 12,9% təşkil edib - İF).
Azərbaycan hökuçəti dəfələrlə qeyd edib ki, 2022-ci ildə ölkədə inflyasiya artımı bir çox hallarda xarici amillərlə, xüsusi dünyada geosiyasi və geoiqtisadi vəziyyətlə şərtlənir.
Agentliyin həmsöhbəti bildriib ki, dünya bazarlarında vəziyyət nəzərə alınmaqla, Azərbaycan hökuməti həmçinin ÜDM-in həcminə dair proqnozları təkrar nəzərdən keçirib. “Cari il ÜDM-in nominal həcmi 115,4 milyard manat (cari məzənnə ilə $67,9 milyard) (ilkin proqnoz – 86,6 milyard manat), həmçinin qeyri-neft ÜDM-in – 65,7 milyard manat ($38,6 milyard) səviyyəsində proqnozlaşdırılır. İlkin proqnoz 60,3 milyard manat olub. Yenilənmiş qiymətləndirmələrə əsasən, cari il Azərbaan ÜDM-in artımı üçün əsas təkanverici qüvvə kimi qeyri-neft sektoru çıxış edəcək. Bu sektorun 5,5% səviyyəsində artımı gözlənilir (əvvəli proqnoz – 4,9%)”, - mənbə qeyd edib **
A.Əzizov