Azərbaycanda koronavirus infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 985-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 34 yoluxma faktı qeydə alınmışdı.
Yeddi gündən sonra COVID-19-dan ölüm halı qeydə alınıb. Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 783 nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 118 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 189 (ötən gün 1 min 899 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 936 min 343 test aparılıb.**
R.Kərimov