Azərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarında və bazar gününə keçən gecə Azərbaycan-Ermənistan sərhədi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulması barədə məlumat verib.
“İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri (Azərbaycan-Ermənistan sərhədində - İF) istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub”, - məlumatda deyilir.
MN-dən bildirilir ki, bölmələrimiz tərəfindən “adekvat cavab tədbirləri” görülüb. **
R.Kərimov