Bazar günü Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan azad edilmiş Cəbrayıl rayonunda minaya düşərək bədən xəsarətləri alıb. Bu barədə Cəbrayıl rayon prokurorluğundan məlumat verilir.
“İyunun 19- saat 11 radələrində ANAMA əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. **
R.Kərimov