Azərbaycanda koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 10-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 26 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, Azərbaycanda COVID-19-a gündəlik yoluxma əvvəlki səviyyədə qalır
Sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (dünən – 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 164 nəfər (sutka ərzində +13) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 130 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 312 (ötən gün 2 min 189 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 938 min 655 test aparılıb.**
R.Kərimov