Şənbə günündən bazar gününə keçən gecə hakerlər agentliyin Teleqram kanallarının idarə edilməsinə cavabdeh olan “İnterfaks”ın redaktorlarından birinin şəxsi hesabını sındırmağa cəhd ediblər, nəticədə “İnterfaks” agentliyi ilə heç bir əlaqəsi olmayan məlumat yerləşdirilib.
Hücum edənlərin hərəkətlərin üç dəqiqə ərzində qarşı alınıb, təxribat xarakterli məlumat silinib.
Haker hücumu yalnız Telegram hesabına qarşı törədilib; agentliyin daxili şəbəkəsi və müştəri servisləri təsirə məruz qalmayıb.
“İnterfaks”ın təhlükəsizlik xidməti baş verənləri araşdırır. Hazırda haker hücumunun xarici ip ünvanlardan həyata keçirildiyi məlumdur.
“İnterfaks” hakerlərin hərəkətlərini cinayət kimi qiymətləndirir və hüquq-mühafizə orqanlarına müraciət edəcək. **