Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bəyan edib ki, Aİ Azərbaycanın Ermənistanla sülhə yönələn səylərini dəstəkləyir.
“Ermənistanla müsbət dinamikadan sonra Azərbaycan prezidenti İlham Əliyevin Qlobal Baku Forumunda “İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır” və “praktiki icraya keçməliyik” bəyanatını oxumaq xoşdur. Aİ bunu tam dəstəkləyir”, - Klaar bazar günü özünün Twitter hesabında yazıb. **
R.Kərimov