2022-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2 ton 879 kq narkotik vasitə qanunsuz dövriyyədən götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyanın məlumatına əsasən, müsadirə olunmuş narkotik vasitələrin dəyəri 89 milyon manat ($52 milyon 353 min) həcmində qiymətləndirilir. **
E.Şəfiyev