2022-ci ilin yanvar-may aylarında “SOCAR Methanol” MMC 230,1 min ton metanol istehsal edib, bu da ötən ilin analoji dövründən 4,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyunun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 47,2 min ton hazır məhsul var.
В свою очередь, согласно данным Государственного таможенного комитета, SOCAR Methanol в отчетный период экспортировал 191 тыс. 687,78 тонн метанола на сумму $60 млн 46,73 тыс. Доля метанола в общем объеме экспорта из Азербайджана за отчетный период составит 0,39%, в объеме экспорта ненефтяной продукции – 5,05%.
Öz növbəsində, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə “SOCAR Methanol” $60 milyon 46,73 min dəyərində 191 min 687,78 ton metanol ixrac edib. Hesabat dövrü ərzində ixracın ümumi həcmində metanolun payı 0,39%, qeyri-neft məhsullarının ixrac həcmində 5,05% təşkil edib.
Xəbər verildiyi kimi, “SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar 2021-ci ilin yanvar ayında metanol istehsalı və ixracı həyata keçirilməyib. Müəssisə 2021-ci ilin may ayında fəaliyyətini bərpa edib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.**
N.Abbasova