“Bank Respublika” 2021-ci ildə beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə aktivlərini 19,5% - 1 milyard 141,029 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın audit olunmuş maliyyə hesabatına görə, hesabat dövrünün sonuna bankın kredit portfeli 715,18 milyon manat (artım 61,5%) təşkil edir.
2022-ci ilin əvvəlinə “Bank Respublika”nın öhdəlikləri 1milyard 52,864 milyon manat (artım 20,3%), depozitlər - 822,85 milyon manat (artım 16,5%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kapitalı 88,165 milyon manata (artım 11,5%), nizamnamə kapitalı - 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 9,058 milyon manat (2020-ci illə müqayisədə artım 29,8% - İF) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT daxildir (4,25%). Bankın əsas səhmdarı sahibkar Natiq Quliyev və onun qohumlarıdır. **
X.Nəsirzadə