Azərbaycanda koronavirus infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 15-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 25 yoluxma faktı qeydə alınmışdı.
Ötən gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 165 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 130 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 490 (ötən gün 2 min 312 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 940 min 185 test aparılıb.**
E.Şəfiyev