Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına prioritet diqqət ayırır. Bu barədə RF-nin baş naziri Mixail Mişustin bəyan edib.
Bazar ertəsi Mişustin Minskdə Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş zamanı vurğulayıb ki, Rusiya tərəfi Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına prioritet diqqət ayırır.“Baş nazirlərin müavinlərinin (RF, Ermənistan və Azərbaycanın - İF) sədrliyi ilə üçtərtəfli işçi qrupu çərçivəsində fəal iş aparılır. Peterburq İqtisadi Forumu zamanı (ötən həftə - İF) bu qrupun növbəti iclası keçirilib”, - Mişustin qeyd edib.
O, həmçinin “bütün regionun blokadadan çıxarılmasını” dəstəkləyib. “Ümid edirəm ki, artıq həyata keçirilən işin nəticəsində biz konkret qərarlara gələcəyik. Regionun nəqliyyat və iqtisadi kommunikasiyalarının açılması (...) indiki vəziyyətdə xüsusi önəm kəsb edir”, Ermənistanın baş naziri yekun vurub. **