Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-dən 21-nə keçən gecə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.*
E.Şəfiyev