“Azərsu” ASC Binə qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınmasına 7,5 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “Real-İnşaat MMC və Arikan İnşaat Taahhüt Ve Sanayi Anonim Şirketi” birgə müəssisəsi ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 7 milyon 440,536 min manatdır.*
B.Rüstəmbəyov