2022-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 85 milyon 160,8 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 10,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-may aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 6 milyon 973,8 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 milyon 854 min ton (artım 18,9%), avtomobil nəqliyyatı ilə 48 milyon 103,1 min ton (artım 11,2%), hava nəqliyyatı ilə 214,5 min ton (artım 17,5%) müxtəlif yük daşınıb. Yanvar-may aylarında daxili neft kəmərləri vasitəsilə 14 milyon 771,6 min ton neft (artım 0,4%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov