Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına ikigünlük dövlət səfərinə gəlib.
Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub.
İki ölkə liderləri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxplanlı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Azərbaycan və Özbəkistan prezidentləri arasında aparılacaq yüksək səviyyəli danışıqlardan sonra sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.*
R.Əhmədov