Prezident İlham Əliyev Özbəkistana səfəri çərçivəsində iyunun 22-də Xivə şəhərinə səfər edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 21-də Daşkənddə iki ölkə liderləri arasında aparılacaq yüksək səviyyəli danışıqlarda Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxplanlı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Sammitin yekunları üzrə sənaye, kənd təsərrüfatı, nəqliyyat, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.
“Sabah Azərbaycan lideri Xivə şəhərinin tarixi abidələri ilə tanış olacaq”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov