Bakıda “Azərbaycan Dəmir Yolları” QSC və “Özbəkistan Dəmir Yolları” SC nümayəndələri arasında ikitərəfli danışıqlar aparılıb.
“İnterfaks-Azərbaycan” agentliyi “Özbəkistan Dəmir Yolları” SC-nin məlumatına istinadən xəbər verir ki, tərəflər multimodal nəqliyyat dəhlizləri ilə konteyner yükdaşımalarının təşkili məsələsini, tranzit yük daşımalarının artırılması imkanlarını və digər məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin yükdaşımaların həcminin artırılması, yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması, dəmir yolu nəqliyyatı ilə daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumatların mübadiləsi istiqamətində səy göstərməklə bağlı razılığa gəliblər.
Görüşün sonunda müvafiq protokol imzalanıb.*
E.Şəfiyev