“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyulun 1-dən Bakıdan Moskvaətrafı “Jukovski” hava limanına uçuşları bərpa edəcək. Bu barədə aviadaşıyıcının məlumatında deyilir.
Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.
“Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.
“Buta Airways” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində və aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.*
N.Abbasova