Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 36-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 181 nəfər (sutka ərzində +16) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 139 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 646 (ötən gün 1 min 490 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 942 min 791 test aparılıb.*
X.Nəsirzadə