Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Özbəkistana səfəri çərçivəsində Xivə şəhərinə səfər edib.
Azərbaycan liderinin saytının məlumatına görə, Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Xivə şəhərində “Nurullaboy” saray kompleksi və İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olub.
İçan-Qala – möhkəm divarlarla əhatə olunmuş Özbəkistanın tarixi Xivə şəhərinin daxili şəhəridir. Əsrlər boyu ucaldılmış (ən qədim memarlıq abidələri XIV əsrə aiddir), istehkamlar və saraylar, məscid və mədrəsələr, məqbərələr və minarələr, karvansaraylar və hamamlar İçan-Qalanı unikal abidə şəhərinə çevirib. Köhnə Xivə rəsmi olaraq 1968-ci ildə qoruq şəhər statusunu əldə edib.
“Nurullaboy” sarayı – 1910-1918-ci illərdə Xivə xanlığının hökmdarı İsfəndiyar xanın dövründə inşa olunan Xivə xanlarının yay saray kompleksidir. Özbəkistan Respublikasının tarixi və mədəniyyət abidəsidir. **
E.Şəfiyev