Çərşənbə axşamı Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilir.
“Görüş zamanı Kojiç ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb”, - məlumatda deyilir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Kojiç BQXK-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri vəzifəsində Arian Baueri əvəz edib. **
E.Şəfiyev