Azərbaycanda koronavirus infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 36-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 21 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 4 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 196 nəfər (sutka ərzində +15) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 151 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 807 (ötən gün 2 min 646 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 945 min 598 test aparılıb.**
E.Şəfiyev