Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planını təsdiq edib.
“İnterfaks-Azərbyacan” məlumat verir ki, hökumətin sattında dərc olunan sənədə əsasən, Plana 6 istiqamət üzrə 27 tədbirin reallaşdırılması daxildir.
Birinci istiqamət – enerji təchizatı infrastrukturunun yaradılmasıdır. Buna 2022-2026-cı illərdə
Enerji təchizatı və qaz təchizatı infrastrukturunun yaradılması üzrə 6 tədbir, o cümlədən istilik təchizatı sahəsində təkliflərin hazırlanması üzrə bir bənd daxildir (2022-2023-cü illərdə).
İkinci istiqamət – bərpaolunan enerji hesabına elektrik enerjisi istehsalının təşkilidir. Bu bəndə 8 tədbir daxildir.
Üçüncü istiqamət – 3 tədbirdən ibarət enerji effektivliyinin təminatıdır.
Dördüncü istiqamət – “yaşıl texnologiyaların” tətbiqidir, 6 bənddən ibarətdir. Bu hissədə bəndlərin əksəriyyəti müxtəlif tədqiqatların aparılması, pilot layihələrin reallaşdırılması ilə əlaqədardır.
Beşinci istiqamət – “dövlət-özəl sektor” formatında tərəfdaşlığın təşkilidir. Bu istiqamətə potensial sahələrin müəyyənləşdirilməsi və sonradan layihələrin reallaşdırılması üzrə 3 bənd daxildir.
Altıncı istiqamət – tarif tənzimlənməsidir. Bu istiqamətdə Azərbaycan hökuməti 2022-2024-cü illərdə müxtəlif tədqiqatların aparılması, təkliflərin hazırlanması və tariflərin təsdiqini planlaşdırır. **
A.Əzizov