Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev Səmərqənd şəhərində görüş keçirəcəklər. Bu barədə Mirziyoyev çərşənbə günü Xivə şəhərində Əliyevin şərəfinə təşkil etdiyi qəbulda çıxışında bəyan edib. Prezident İlham Əliyev 21-22 iyun tarixlərində Özbəkistanda rəsmi səfərdədir.
O qeyd edib ki, Bakı və Daşkənd danışıqlar zamanı gələcək əməkdaşlıqla bağlı planlar müzakirə olunub, mədəniyyətin inklişafının zəruriliyinə diqqət ayrılıb.
“Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz”, - Mirziyoyev bildirib.
“Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq”, - Özbəkistan prezidenti əlavə edib. **
R.Kərimov