Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Nazirlər ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar», - nazirliyin məlumatında deyilir.
Azərbaycan XİN-dən əlavə ediblər ki, Bayramov və Çavuşoğlu, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, “bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini” vurğulayıblar. **
R.Kərimov