Azərbaycanda banklar COVİD-19 koronavirus pandemiyası səbəbindən böhrandan sonra tez bərpa olurlar. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Rəşad Orucov bəyan edib.
“Bütövlükdə, maliyyə bazarı, həmçinin bank sektoru koronavirus pandemiyası səbəbindən şokdan sonra kifayət qədər tez stabillləşir və maliyyə sektorunun bərpası daha artıq davamlılıqla müşayiət olunur. Məlumdur ki, Azərbaycanın maliyyə sektorunda əməliyyatların 95%-ni banklar təşkil edir”, - Orucov bu gün “Azərbaycan: Müxbir münasibətlər və ticarətin maliyyələşdirilməsi” mövzusunda konfransda bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Orucov qeyd edib ki, hazırda yerli banklar pandemiya səbəbindən itilərdən sonra öz əməliyyatlarını bərpa edirlər, həmçinin kredit portfelini artırırlar, hansı ki, 22% artıb.
O, həmçinin qeyd edib ki, banklar potensial risklərin öhdəsindən gəliblər və vurğulayıb ki, problümli kreditlərin xüsusi çəkisi 4,6%-dək azalıb. Onun sözlərinə görə, bu, bankların fəaliyyətləri boyu ən minimun rəqəmdir.
31 may 2022-ci il tarixinə Azərbaycan bank sisteminin ümumi aktivləri rekord 41 milyard 371,5 milyon manat təşkil edir (2021-ci ilin sonuna olan göstəricidən 7,6% çox).
Xəbər verildiyi kimi, 2021-ci ildə bankların aktivləri 20%, kredit portfeli – 17,7% artıb.
2020-ci ilin yekunarı üzrə bankların aktivləri 2%, kredit portfeli – 5% azalıb. **
X.Nəsirzadə