Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən məlumat verir ki, görüşdə enerji, kənd təsərrüfatı, enerji təchizatı, ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Tərəflər həmçinin, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələləri müzakirə ediblər”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov