“AzerGold” QSC Daşkəsən rayonu, Quşçu kəndində yerləşən orta məktəb binasında təmir-bərpa işlərinə «GEO-PROYEKT» MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, «GEO-PROYEKT» ilə 403 min 426,82 manat məbləğində müvafiq müqavilə bağlanıb.
Bundan əlavə, “AzerGold” Daşkəsən rayonu ərazisində futbol, basketbol və voleybol meydançalarının təmiri və abadlaşdırılma işlərinin maliyyələşdirilməsinə 206 min 873,35 manat yönəldəcək. Bu işlərin icrası üçün «QƏBƏLƏ İNŞAAT» MMC-ni cəlb edib.
Beləliklə, “AzerGold” Daşkəsən rayonunda sosial layihələrin reallaşdırılmasına 610 min 300,17 manat yönəldəcək. **
E.Şəfiyev