Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda startap layihələri maliyyələşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova məlumat verib.
“Hazırda hazırladığımız portfelin həcmi 715 milyo avroya yaxındır. Sərmayələr müxtəlif sektorlarda, xüsusi özəl sektorda həyata keçiriləcək. Biz siyasətimizi dəyişmişik: əgər əvvəl “yetkin layihələrə” investisiya yatırırdıqsa, indi isə startapları dəstəkləməyi planlaşdırırıq (STAR Ventures layihəsi –İF)”, - Mahmudova deyib. **
E.Şəfiyev