Azərbaycanda koronavirus infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 86-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 27 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 5 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 206 nəfər (sutka ərzində +10) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 167 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 222 (ötən gün 2 min 807 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 947 min 820 test aparılıb.**
E.Şəfiyev