2020-ci il noyabrın 10-dan bu günədək işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda minaya düşərək 225 nəfər həlak olub və xəsarət alıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bəyan edib.
“10 noyabr 2020-ci ildən 23 iyun 2022-ci ilədək azad edilmiş ərazilərdə 39 nəfər minaya düşərək həlak olub, daha 186 nəfər xəsarət alıb”, - Süleymanov bildirib. **
R.Əhmədov